ÇıxışYolu.Com - Ermənilər yenə saxtakarlıq etdi

ÇıxışYolu.Com – Ermənilər yenə saxtakarlıq etdi

Baxış sayı: 2. 397 dəfə baxılıb.

Ermənilər Azərbaycan mədəniyyətinə aid daha bir tarixi abidəni saxtakarlıq yolu ilə mənimsəməyə çalışıb. 

ÇıxışYolu.Com xəbər verir ki, növbəti hədəf Gülüstan qalası olub. 

Məsələ ilə bağlı Azər Allahverənov adlı sosial şəbəkə istifadəçisi məlumat paylaşıb.

Paylaşımda deyilir ki, “Vikipediya”nın ingilis dili versiyasında Gülüstan qalasını Dağlıq Qarabağda yerləşən qədim erməni qalası kimi təqdim ediblər.

Təxribat xarakterli materialda bildirilir ki, buraya Gülüstan erməni knyazlığının rəhbəri Beqlaryanın iqamətgahı olub.

Qeyd edək ki, Gülüstan qalası Azərbaycanın Goranboy rayonu ərazisində yerləşir. Tam şəkildə dövrümüzədək çatmasa da, müəyyən bürcləri qalıb. Tədqiqatçılar qalanın tikilmə tarixini Qafqaz Albaniyası dövrünə aid edir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. 

Samir İsayev