ÇıxışYolu.Com - Ermənistan “Avroviziya”da da saxtakarlıq etdi

ÇıxışYolu.Com – Ermənistan “Avroviziya”da da saxtakarlıq etdi

Baxış sayı: 3. 036 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ermənistan “Avroviziya”da da saxtakarlıq etdi

Ermənistanın “Avroviziya” nümayəndə heyəti saxtakarlıqda ittiham olunur. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə müsabiqənin rəsmi fan səhifələrində məlumat yayılıb. 

Yazılan rəylərdə bildirilib ki, erməni nümayəndə heyətinin təmsilçiləri yarışmada Ermənistanı təmsil edəcək Srbukun ifa etdiyi “Walking Out”un “Youtube”dakı baxış sayını süni şəkildə artırıb.

İki həftə bundan öncə geniş auditoriyaya təqdim olunan ekran işinə 3 milyon 500 min insan tərəfindən baxılıb. Bundan sonra isə baxış sayı dayanıb. Bu isə süni şəkildə baxış saylarının artırılmasından xəbər verir. 

Qeyd edək ki, Çingiz Mustafayevin “Truth” adlı mahnısına çəkilmiş klip “Youtube”un “Eurovison Song Contest” səhifəsində bir milyondan çox baxış toplayıb. 

Rəşad Əliyev