Ermənistan parlamentinin bugünkü iclasında kuryoz hadisə yaşanıb.
ÇıxışYolu.Com xəbər verir ki, Ermənistan Ali Məhkəmə Şurasına namizəd Anna Marqaryan çıxışını bitirib tribunanı tərk edərkən müvazinətini itirib və özünü saxlaya bilməyərək yıxılıb.
Sözügedən video sosial şəbəkələrin Ermənistan seqmentində istifadəçilər tərəfindən paylaşılaraq lağa qoyulub.
Qeyd edək ki, iclasın sonunda parlament onun namizədliyini qəbul etməyib.