ÇıxışYolu.Com – Ermənistan parlamentində transgender qalmaqala səbəb oldu

Baxış sayı: 2. 415 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ermənistan parlamentində transgender qalmaqala səbəb oldu

Ermənistan parlamentində çıxış edən  transgender Lilit Martirosyan komissiya sədrini şoka salıb və hiddətləndirib.

Sputnik-Ermənistan xəbər verir ki, insan haqlarının müdafiəsinə həsr olunmuş iclasda  “Doğru tərəf” təşkilatının nümayəndəsi kimi tribunaya transgender Lilit Martirosyan çıxaraq nitq söyləyib. 

Parlamentin insan haqları və ictimai məsələlər üzrə komissiyasının rəhbəri Naira Zoqrabyan özünü zorlanmış və diskriminasiyaya məruz qalmış insanların nümunəsi kimi təqdim edən Martirosyanın transgender olduğunu öyrənəndə şoka düşüb. 

O, Lilitin sözünü yarımçıq kəsərək onun komissiyaya, insan haqları ilə bağlı müzakirəyə hörmətsizlik etdiyini bildirib. 

Lilit qarşısının alınmasını “Bu da növbəti diskriminasiya cəhdi” deyərək qiymətləndirib.
Bu sözlərindən sonra Zoqrabyan əsəbiləşərək ondan zalı tərk etməyi tələb edib.