Ermənistanın Sünik vilayətində baş verən avtomobil qəzasında iki erməni hərbçi həlak olub.
Bu haqda “Shamshyan.com” məlumat yayıb.
İnformasiyaya görə, mayın 2-də 23:40 radələrində Yerevandan İran sərhədinə qədər uzanan avtomagistralın 380-ci kilometrində “Toyota Vitz” avtomobili “KamAZ”markalı yük maşını ilə toqquşub.
Toqquşmadan sonra hər iki avtomobil yolun kənarındakı yarğana düşüb. Avtomobildə olan Armen Aqaronyan hadisə yerində keçinib. Qardaşı L.Aqaronyan isə Mehri xəstəxanasına çatdırılsa da, həkimlər həyatını xilas edə bilməyib.
Hər iki qardaş Ermənistanın hərbi hissələrindən birində müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.