ÇıxışYolu.Com – Ermənistanın naziri tualetdən canlı yayıma çıxdı

Baxış sayı: 3. 665 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ermənistanın naziri tualetdən canlı yayıma çıxdı

Ermənistanın nəqliyyat naziri Akop Arşakyan antisanitar vəziyyətdə olan tualetdən canlı yayıma çıxıb. 

Bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.

O, “Kilikiya” mərkəzi avtovağzalının tualetini öz “Facebook” səhifəsindən canlı yayımda nümayiş etdirərək, burada on illərlə iş görülmədiyini, biabırçı vəziyyət yarandığını bildirib:

“Avtovağzalın normal tualeti, gözləmə zalı olmalıdır. Bunların yaradılacağına söz verirəm”. 

 Arşakyanın canlı yayım videosu daha sonra “Facebook” səhifəsindən silinib.