İspaniya çempionatının 36-cı turunda “Espanyol” öz meydanında “Atletiko” klubunu darmadağın edib.
ÇıxışYolu.Com xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Espanyol”un heyətində Borxa İqlesias (52,89) fərqlənib. Birinci hissənin sonunda “Atletiko”nun müdafiəçisi Diyeqo Qodin öz qapısına qol vurub.
Bu oyundan sonra “Espanyol” 47 xalla turnir cədvəlinin səkkizinci pilləsində, “Atletiko” isə 74 xalla ikinci pillədə qərarlaşıb.