Bir müddət öncə Türkiyənin 61 yaşlı məşhur müğənnisi Zerrin Özer üç il eşq yaşadığı sevgilisi Murat Akıncı ilə nikah masasına oturandan 36 saat sonra qalmaqallı şəkildə boşanması medianın manşet xəbərinə çevrildi. Ağrılı-acılı günlər keçirən Özər Beyoğlunda ayaqüstü jurnalistlərlə görüşüb.
Zerrin yaxşı ruh halında olduğunu, sona çatan evlilik haqqında isə media əhli “Ayrıldıqdan sonra özünüzə gələ bildiniz?” sualına, “Ağır günlər yaşamadım, bu sizin şərhlərinizdir… Çox yaxşıyam, hətta əlayam”, – deyə cavab verib.
Özer üst-üsttə ona ünvanlanan sevgi sualları qarşısında “Sevgi qapılarınızı bağladınız?” sualına “Mən bu məsələlər barədə danışmıram”, – deyərək nöqtə qoyub.
Qeyd edək ki, iyunun 16-da 61 yaşlı Zerrin Özer özündən 26 yaş kiçik sevgilisi ilə nikah masasına oturub. Növbəti gün “Kanal D”də yayımlanan “İkinci sayfa” verilişinə zəng edən Seda adlı qadın 34 yaşlı Muratın onunla birlikdə üç qadını aldatdığını və dələduzluq yolu ilə külli miqdarda pulunu mənimsədiyini söyləyərək Zerrinin ərini biabır edib.
Bundan əlavə, M.Akıncının tanınmış homoseksuallarla münasibətdə olması barədə faktlar üzə çıxıb. Belə ki, onun bir müddət öncə sosial şəbəkədə məşhurlaşan DJ Hakan Kakızla eşq yaşadığı məlum olub.
Rəşad Əliyev