Türkiyə Superliqasında növbəti turun oyunları keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Fənərbaxça” çətinliklə olsa da, “Rizespor”u məğlub edə bilib – 3:2.
“Beşiktaş” isə səfərdə “Kayserispor”la “sülh” bağlamalı olub. Oyunun 38-ci dəqiqəsində Hatçinson hesabı açsa da, iyirmi dəqiqə sonra meydan sahibləri bərabərlik qolunu vura biliblər. Bundan sonra oyunda təşəbbüsü alan “Kayserispor” daha bir qol vurub. Lakin qarşılaşmanın son dəqiqələrində İstanbul təmsilçisi məğlubiyyətdən xilas ola bilib. Oyun 2:2 hesabı ilə başa çatıb.
“Bursaspor” isə öz meydanında “Sivasspor”u məğlub edib – 3:2.