ÇıxışYolu.Com - Fərda Xudaverdiyev sənətdən getdi

ÇıxışYolu.Com – Fərda Xudaverdiyev sənətdən getdi

Baxış sayı: 3. 210 dəfə baxılıb.

ÇıxışYolu.Com - Fərda Xudaverdiyev sənətdən getdi

Aktyor Fərda Xudaverdiyev karyerasını bitirdiyini açıqlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, o, bu haqda şəxsi İnstaqram hesabında video paylaşıb.

“23 ildir Azərbaycanda özünəməxsus komediyaya xidmət edən Fərda Amin olaraq karyeramı bitirmək istəyirəm. Həqiqətən yorulmuşam, səbəblər çoxdur. Məni bu yaşda belə populyar etdiyiniz üçün çox sağ olun. Məni sevənlər bu xəbərdən üzülməsinlər. Sevməyənlərə isə demək istəyirəm ki, məni niyə sevmədiniz? Her şey üçün təşəkkürlər. Önünüzdə baş əyirəm ”, – deyə Fərda videoda bildirib.

Qeyd edək ki, Fərda Xudaverdiyev “Tək səbir” layihəsi ilə populyarlaşıb. Daha sonra aktyor ATV-də bir sıra maraqlı layihələrlə tamaşaçıların rəğbətini qazanıb. O, indiyədək müxtəlif filmlərdə və seriallarda rol alıb.

Rəşad Əliyev