ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları xeyli müddətdir ki, Ermənistanda fəal işləyirlər.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Ermənistanın “Jamanak” qəzeti öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, FBI ABŞ-a daimi yaşayış üçün köçən və bahalı əmlaka sahib olan, ABŞ-a investisiya qoyan Ermənistan vətəndaşlarının işlərini araşdırır.
FBI əməkdaşları həmin şəxslərin maliyyə mənbələri ilə maraqlanır.
Nəşrin mənbələri bildiriblər ki, yaxın zamanlarda bununla bağlı ifşalar olacaq.
Aqşin Kərimov