Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Bununla bağlı FHN-in mətbuat xidməti məlumat yayıb.
Müraciətdə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilməyin vacibliyi qeyd olunub.
“Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır. Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı və tam sönənədək nəzarətdə saxlanılmalıdır.
Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə bildirilib.