Bu gün Azərbaycanın Xalq artisti, müğənni Flora Kərimovanın 78 yaşı tamam olur.
ÇıxışYolu.Com xəbər verir ki, Flora Kərimova 1941-ci il iyulun 23-də Bakı şəhərində anadan olub.
1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1971-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini və 1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Kərimova 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” ansamblında, 1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib.
O, 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. F.Kərimova 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli (“Leyli və Məcnun”, Ü.Hacıbəyli) partiyasında çıxış edib və 1968-ci ildə “Qanun naminə” bədii filmində çəkilib.
Xalq artistinin repertuarında Azərbaycan bəstəkarlarından Ramiz Mirişli, Elza İbrahimova, Oqtay Rəcəbov, Tofiq Quliyev, Emin Sabitoğlunun mahnıları yer alıb.
Flora Kərimova üç dəfə ailə qurub. Bir oğlu, bir qızı var.
Qeyd edək ki, iyulun 23-ü Ağdamın işğal günü olduğundan sənətkar illərdir doğum gününü qeyd etmir.
Rəşad Əliyev