“Formula-1” yarışlarında iştirak edən, “Racing Point” komandasının pilotu Serxio Peres Monakoda keçirilən Qran-Pri yarışlarında iki nəfəri öldürməkdən an fərqi ilə yan qaça bilib.
Yolu keçən marşallar böyük sürətlə hərəkət edən bolidin altında qalmaq təhlükəsi ilə üzləşiblər. Pilot onların arasından keçərək yarışa davam edib.
Yarışda “Mersedes” komandasının pilotu Lyuis Hemilton qalib gəlib. Serxio Peres isə 13-cü yeri tutub.