“Formula-1”in saytı Azərbaycan Qran Prisi zamanı pilotlar və onların təmsil etdikləri komandaların nümayəndələri arasında olan maraqlı dialoqları videoçarx halında hazırlayıb.
ÇıxışYolu.Com həmin danışıqları təqdim edir:
Lans Strol (“Reysinq Poynt”), ikinci sərbəst yürüş zamanı qəza etdiyi an
Lans: Bilmirəm, divara girmişəm.
Mühəndis: Başa düşdüm, sən qaydasındasan?
Lans: Bəli, sadəcə girişdə lazımi qədər dönə bilmədim.
****
Şarl Lekler (“Ferrari”), sıralama turunda ikinci cəhdi edərkən beton səddə çırpıldığı an
– Mən axmağam, mən axmağam. Hər şeyi bağlamışdım…
****
Kimi Raykönen (“Alfa Romeo”), sıralama turunda üçüncü cəhd
Mühəndis: Ok, Kimi, çox enerji yığ. Asta dairədir.
Kimi: Bu, **** (çox pis) oldu.
Mühəndis: Ok, biz doqquzuncunu (P9) bağladıq.
Kimi: Mən dairəni özüm müstəqil keçmək istərdim. Belə daha yaxşı olar.
****
Maks Verstapen (“Red Bull”), 9-cu dairə
Maks: Əyləc sistemi ideal işləmir.
Mühəndis: Ok. Gözlə.
Maks: O, beşinci və altıncı ötürücülər arasında mexanika kimi işləyir.
Mühəndis: Başa düşdüm, Maks.
****
Niko Hülkenberq (“Reno”), 12-ci dairə
Mühəndis: Dairənin ən yaxşı vaxtı üçün birinci döngədən əvvəl ötmələrdən qaç.
Niko: Razı deyiləm, mənə slipstrimlə qalmaq lazımdır.
****
Romen Qrojan (“Haas”), 25-ci dairədə qəza etdiyi an
Mühəndis: Sən qaydasındasan? Davam edə biləcəksən?
Romen: Hə-hə, mən… Mən qayıdıram. Ancaq **** (çox yaxşı) olmadı, problem sağ təkərin qabağı ilə bağlıdır! O sadəcə… Mufta harasa **** (yoxa çıxdı).
****
Kimi Raykönen, 27-ci dairə
– Onunla mübarizə apara bilmərəm. Bizə indi əyləclər haqda narahat olmaq lazımdır. Vəziyyəti başa düşürəm, ancaq bizə hələ daha sonra adamları keçmək lazım gələcək.
****
Daniil Kvyat (“Toro Rosso”), 31-ci dairədə Rikkardo ilə mübarizə anı
– Bolid arxaya getmir.
Daniel Rikkardo (“Reno”), 31-ci dairədə Kvyatın bolidinə toqquşdurduğu an
Mühəndis: Sən qaydasındasan?
Den: Mən… Mən onu görmədim. Bağışlayın, onu görmədim.
****
Valteri Botas (“Mercedes”), damalı bayrağı görüb qalib olduğu an
– Bəli! Hə! Fəxr edirəm! Bunun bir hissəsi olmaq fəxrdir… Sizə təşəkkürlər. Düşünürəm ki, indi çempionatın turnir cədvəlində yenidən lazım olduğu kimi görünəcəyik.
****
Zebastyan Fetel (“Ferrari”), finiş xəttindən sonra
Mühəndis: Növbəti güclü yarış…
Zeb: Bəli, başlanğıca görə üzr istəyirəm, mən onda bir az zibillədim. Maşını tənzimləyə bilmirdim!
Səbuhi MUSAYEV