Fransanın cənubunda yerləşən Kolyur kommunasında müqəddəs Vinsen Günü qeyd olunan zaman uğursuz fişəng atışı 13 nəfərin yanıq xəsarəti almasına səbəb olub.
Bu barədə “France Bleu” radiosu bildirir.
İlkin məlumatlara əsasən, fişənglərdən biri atəşfəşanlıq edilən barjada partlayıb. Fişəngin bir neçə yanan elementi izləyicilərin üstünə düşüb.
Zədələnmiş qurğudan sahilə tərəf buraxılan raket çimərliyə 10 metr qalmış suya düşüb. Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.
İki nəfər güclü yanıq xəsarəti, bir nəfər isə yüngül zədə ilə Perpinian xəstəxanasına yerləşdirilib. Daha 10 tamaşaçıya isə xilasedicilər yerindəcə yardım göstərib. Ümumi olaraq hadisə yerinə beş təcili yardım maşını, 30 fövqəladə xidmət əməkdaşı cəlb olunub.
Polis barjada partlayış şəraitini araşdırır.