ÇıxışYolu.Com – Fransız ixtiraçı öz düzəltdiyi qurğu ilə La-Manş boğazını uçaraq keçdi

Baxış sayı: 2. 259 dəfə baxılıb.

ÇıxışYolu.Com - Fransız ixtiraçı öz düzəltdiyi qurğu ilə La-Manş boğazını uçaraq keçdi

Fransalı ixtiraçı-mühəndis Frank Zapati öz düzəltdiyi uçan qurğu ilə La-Manş boğazını uçaraq keçib.

REN TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Sanqat çimərliyindən havalanan şəxs 24 dəqiqə ərzində təxminən 35 km məsafə qət edib.

Onun sürəti saatda 170 km-ə bərabər olub.

Qeyd edək ki, Zapatinin uçan aparatı beş reaktiv mühərriklə təchiz olunub. 195 km/saat sürət yığa bilən qurğunun uzaqdan idarəetmə ilə sürəti isə 400 km/saata çatır.