Fransada yerli xalqla qaraçılar arasında qarşıdurma baş verib.
Sosial şəbəkələrdə qaraçıların uşaq oğurlaması barədə yayılan şaiyələr paytaxtda fransızlarla qaraçılar arasında toqquşmaya səbəb olub.
RİA Novosti-nin xəbərinə görə, Sen-Sen-Deni departamentində 50-dən çox yerli sakin dəyənək və bıçaqlarla silahlanaraq qaraçıların məskunlaşdığı evlərə hücum çəkiblər.
Qaraçılar yaxınlıqdakı marketə sığınıblar. Qarşıdurmalar zamanı iki polis yaralanıb. İnsidentd zamanı 20-dən çox adam saxlanılıb.
Fransa polisiTwitter-də yalançı informasiyalara inanmamağa çağırıb.