Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış, paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasov artıq azadlıqdadır. Bu barədə jurnalist özü sosial şəbəkədə paylaşım edərək, məlumat verib:
“Artıq azadlıqdayam, evimdəyəm, heç bir narahatlıq yoxdur. Dostlarım da yanımdadır”, – deyə jurnalist bildirib.
Tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilirdi. F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinirdi.