Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması (U-17) növbəti oyununu keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanının müvafiq yaş qrupundan ibarət yığmasına 1:2 hesabı ilə məğlub olub.
Yığmamız artıq ikinci dəqiqədə qapısında qol görüb. İlk hissənin başa çatmasına üç dəqiqə qalmış isə ikinci qolu buraxmışıq. Millimiz yeganə qolu isə 54-cü dəqiqədə vurub.
Bakıda təlim-məşq toplanışında olan 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması (U-19) da ərəblərə uduzub. “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müvafiq yaş qrupundan ibarət yığması ilə keçirilən yoxlama oyunu 1:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.
Xatırladaq ki, martın 22-də U-17 millimiz Gürcüstana 0:2 uduzmuş, U-19 yığmamız isə BƏƏ ilə 1:1 oynamışdı.