ÇıxışYolu.Com – Futbol millimizin seçmə mərhələnin son iki oyunu üçün heyəti açıqlanıb

Baxış sayı: 2. 260 dəfə baxılıb.

ÇıxışYolu.Com - Futbol millimizin seçmə mərhələnin son iki oyunu üçün heyəti açıqlanıb

Milli komandamızın heyəti açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç 24 futbolçuya dəvət göndərib. 

“Keşlə”nin hücumçusu Vüsal İsgəndərli ilk dəfə yığmaya dəvət alıb.

Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Mehdi Cənnətov (“Sumqayıt”);

Müdafiəçilər: Abbas Hüseynov, Bədəvi Hüseynov, Maksim Medvedev (hər üçü “Qarabağ”), Şəhriyar Əliyev (“Sumqayıt”), Anton Krivotsyuk (“Neftçi”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar  Rəhimov (“Səbail”), Təmkin Xəlilzadə, Bəhlul Mustafazadə (hər ikisi “Sabah”);

Yarımmüdafiəçilər: Qara Qarayev, Rişard Almeyda, Araz Abdullayev (hər üçü “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Dmitri Nəzərov (“Ertsqebirqe” , Almaniya), Cavid Hüseynov (“Zirə”), Eddi İsrafilov (“Albasete”, İspaniya);

Hücumçular: Ağabala Ramazanov (“Səbail”), Ramil Şeydayev (“Dinamo”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Renat Dadaşov (“Pasuj di Fereyra”, Portuqaliya), Vüsal İsgəndərli (“Keşlə”).

Qeyd edək ki, yığmamız Avro-2020-nin seçmə mərhələsində noyabrın 16-da Uelsi qəbul edəcək, 19-da isə Trnava şəhərində Slovakiyanın qonağı olacaq. Komandamız bu oyunlara hazırlıq məqsədilə noyabrın 11-dən 16-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.