ÇıxışYolu.Com – Futbol qaydaları dəyişdi

Baxış sayı: 3. 771 dəfə baxılıb.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası futbol qaydalarına dəyişiklik edib.

Bu barədə təşkilatın saytında məlumat verilib.

Birinci dəyişiklik topun ələ toxunması ilə əlaqədardır. Futbolçu topu rəqib qapıya ötürəndə topun ələ toxunduğu (bilərəkdən və bilməyərəkdən) təqdirdə bu, qayda pozuntusu hesab olunacaq və qol sayılmayacaq.

ÇıxışYolu.Com - Futbol qaydaları dəyişdi

İkincisi, əvəz olunmuş futbolçunun meydanı tərk etmək üçün artıq ehtiyat oyunçuların olduğu tərəfə doğru irəliləməsinə ehtiyac qalmayacaq. Oyunçu artıq meydanı ona yaxın olan hissəsindən tərk edəcək.

ÇıxışYolu.Com - Futbol qaydaları dəyişdi

Üçüncüsü, hücuma keçən komandanın futbolçularının cərimə zərbələri zaman rəqib komandanın qurduğu divarda yer almasına icazə verilməyəcək. Habelə onların ayrıca divar qurmasına hər hansı məhdudiyyət qoyulmayacaq.

ÇıxışYolu.Com - Futbol qaydaları dəyişdi

Dördüncü dəyişiklik 11 metrlik cərimə zərbəsinə aiddir. Bundan sonra zərbə anında qapıçının hər iki ayağının qapı xəttində olması vacib şərt olmayacaq. Belə ki, onun bir ayağının xətt üzərində olması kifayət edəcək.

ÇıxışYolu.Com - Futbol qaydaları dəyişdi

Beşincisi,  intizam qaydalarını pozan və digər pozuntulara yol verən məşqçilərə sarı və  qırmızı kartların verilməsi ilə bağlı keçmiş təcrübə bərpa olunacaq. Bundan başqa, top hakimə toxunduqda, əvvəlki kimi, oyun davam etməyəcək.  Belə vəziyyətlərdə mübahisəli top təyin olunacaq.

Qeyd edək ki, dəyişikliklər 2019-cu ildə qüvvəyə minəcək.

ÇıxışYolu.Com - Futbol qaydaları dəyişdi