İngiltərənin “Bernli” klubunun hücumçusu Eşli Barns Premyer Liqanın oyununda rəqib futbolçunu öpdüyü üçün sarı vərəqə alıb.
Barnsın “Kardiff”in oyunçusunu öpməsini əks etdirən video LFC-nin Twitter səhifəsində yerləşdirilib.
Oyunun birinci hissəsinin sonunda Barns rəqib futbolçu ilə mübahisə etməyə başlayıb və gözlənilmədən onu burnundan öpüb. Matçın hakimi qeyri-idman hərəkətinə görə futbolçunu sarı vərəqə ilə cəzalandırıb.