“Qəbələ”nin yarımmüdafiəçisi Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.
ÇıxışYolu.Com xəbər verir ki, 24 yaşlı futbolçunu yüksək liqada çıxış edən “Əl-Salmiyə” klubu transfer edib. Kamalın keçidi üçün “qırmızı-qaralar”a müəyyən qədər təzminat ödənilib. Klub saytı müqavilənin keçidini açıqlamayıb. Mirzəyev yeni klubunda 18 nömrəli formada çıxış edəcək.
Əldə etdiyimiz məlumata görə, Kamalla bir illik müqavilə imzalanıb.
Yayda Bakıda təlim-məşq toplanışında olan “Əl-Salmiyə”nin baş məşqçisi Milud Həmdi Mirzəyevi “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununda bəyənmişdi.
Azərbaycanın U-21 millisində çıxış etmiş futbolçu “Qəbələ”nin yetirməsidir. Kamal “AZAL”, “Sumqayıt” və “Zirə” klublarının da formasını geyinib.