ÇıxışYolu.Com – Futbolçunun başı rəqibi yıxdığı üçün meydandan qovuldu

Baxış sayı: 1. 732 dəfə baxılıb.

ÇıxışYolu.Com - Futbolçunun başı rəqibi yıxdığı üçün meydandan qovuldu

Almaniya Kubokunun 1/8 finalında maraqlı qırmızı vərəqə qeydə alınıb.

ÇıxışYolu.Com xəbər verir ki, “Boxum” – “Bayern” görüşünün 88-ci dəqiqəsində meydan sahiblərinin 17 yaşlı müdafiəçisi Armel Bella-Kotşap rəqib futbolçuya qarşı kobudluq etməsə də, qırmızı vərəqə alıb.

Belə ki, Fransa doğumlu, Kamerun əsilli futbolçu topu vurmaq istəyərkən ayağı qazona dəyərək yıxılıb. Yeniyetmə oyunçunun başı Tomas Mülerə dəyib və nəticədə “Bayern”in futbolçusu yıxılıb.

Görüşün baş hakimi isə bunu rəqib futbolçunu aşkar qol vəziyyətindən məhrum etmə kimi dəyərləndirərək müdafiəçini birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, “Bayern” bundan bir dəqiqə sonra qələbə qolunu vuraraq (2:1) 1/4 finala vəsiqə qazanıb. 

Səbuhi Musayev