Gəlinlik dəbində yeni trend meydana gəlib. Baş örtüyü fatanı əvəz edir.
Yeni trend “Metro” nəşrinin diqqətini çəkib.
“Instagram”da #bridalturbans və #weddingturbans heşteqləri altında klassik fatanı çalma ilə əvəz etmiş çoxsaylı gəlinlərin fotoşəkilləri yayılır.
Nəşr onların çoxunun qaradadərili və müsəlman qadınlar olduğunu yazır. Bəziləri belə gəlinlik tərzinə dini etiqad və milli ənənəyə görə üstünlük verir, başqaları isə yeni trendlə ayaqlaşmağa çalışır.
Habelə moda ekspertləri baş örtüyünün təkcə müsəlman ölkələrində dəbdə olmadığını yazır. Artıq gəlinlik baş örtüyü Britaniyanın “Matches” brendinin kolleksiyasına daxil edilib. İtaliyada isə sırf belə baş örtüklərinin hazırlanması ilə məşğul olan “Bridal Turban” (gəlinlik baş örtüyü) adlı şirkət yaradılıb.
Bundan başqa, toy baş örtüyü ABŞ-ın onlayn mağazası olan “Etsi” saytında ən çox satılan məhsullardan birinə çevrilib. Saytda axtarış zamanı “gəlinlik baş örtüyü” açar sözünə 20 mindən çox elan çıxır.