Qədim Gəncə xanlığının tarixi bayrağının Rusiyanın Sankt-Peterburq şəhərində bərpa edilmiş nüsxəsi Gəncə şəhərinə gətirilib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayrağın əsasında hazırlanıb.
Cavad xan dövrünə aid olan bayrağın üzərindəki ornamentlər bayrağın əslində göstərilən şəkildə hazırlanıb. Belə ki, onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş aypara simvolu, altında isə Azərbaycan bayrağında öz əksini tapmış səkkiz guşəli ulduz simvolu yer alıb.
174 x127 sm ölçüdə, dördkünc formasında, ipək parçadan olan Gəncə xanlığının bayrağı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunda, o cümlədən Gəncə Tarix Diyarşunaslıq muzeyində saxlanılacaq.
Nazir Quliyev