Gəncə şəhərində fərdi mənzillərdən birində yanğın hadisəsi olub.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsindəki 8 saylı binada qeydə alınıb.
Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Rzayeva Məhluqə Əliş qızı müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Yanğın zamanı iki azyaşlı uşaq xilas edilib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını cəlb olunub.
İlkin məlumatlara görə, yanğın elektrik naqillərində yaşanan qısaqapanma nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.