Gəncədə çay evində baş vermiş qətlin təfərrüatı məlum olub.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, pul üstündə mübahisə edən şəxslər bir-birinə bıçaq xəsarətləri yetiriblər.
1995-ci il təvəllüdlü E.Alıyev aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb. Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Məmmədov Emil Elxan oğlu isə ağır yaralanıb. O, xəstəxanaya aparılıb.
01.01
Gəncədə çay evində qətlə yetirilmiş şəxsin kimliyi məlum olub.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, bu, Elnur Alıyevdir.
E.Alıyev Gəncədə kikboksinq üzrə tanınmış məşqçi İlqar Alıyevin oğludur.
00.44
Gəncədə qətl hadisəsi olub.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə “Miraj” çay evinin qarşısında baş verib.
Bildirilir ki, bir manat üstündə yaranmış mübahisə qətlə səbəb olub.
Faktla bağlı Gəncə prokurorluğunda araşdırma aparılır.
Nazir Quliyev