Gəncə şəhərində qətl hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə “Dəmiryol ərazisi” adlanan yerdə qeydə alınıb.
Belə ki, şəhər sakini Akif İsrafilovla qonşusu, 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimov arasında torpaq üstündə mübahisə yaranıb.
Nəticədə, A.İsrafilov ov tüfəngi ilə qonşunu öldürüb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Fakt araşdırılır.