ÇıxışYolu.Com - Gəncədə ürəyindən bıçaqlanan 17 yaşlı gənc xəstəxanada öldü

ÇıxışYolu.Com – Gəncədə ürəyindən bıçaqlanan 17 yaşlı gənc xəstəxanada öldü

Baxış sayı: 4. 204 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gəncədə ürəyindən bıçaqlanan 17 yaşlı gənc xəstəxanada öldü

Gəncədə bıçaqlanaraq xəstəxanaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb. 

ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, Bağmanlar qəsəbəsindən ürəyindən bıçaqlanaraq yaralanan şəxs xəstəxanada əməliyyata alınsa da, orada ölüb. 

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.  

 

23:44

Gəncədə 17 yaşlı gənc öldürülüb. 

ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Bağmanlar qəsəbəsində “Xan Arxı” deyilən ərazidə baş verib. 

İnsident nəticəsində 2002-ci il təvəllüdlü, Gəncə şəhər sakini Verdiyev Əzim Elşad oğlu ürəyindən bıçaqlanıb. 

Yaralı ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə gətirilib.  

Həkimlər əməliyyat edilən yeniyetmənin vəziyyətini ağır qiymətləndirir.  

Hələlik hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi məlum deyil.