ÇıxışYolu.Com - Gənc qadın dərmandan zəhərləndi

ÇıxışYolu.Com – Gənc qadın dərmandan zəhərləndi

Baxış sayı: 3. 255 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gənc qadın dərmandan zəhərləndi

Ağstafa rayonunda gənc qadın dərmandan zəhərlənib. 

ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Qıraq Kəsəmən kəndində yaşayan 1994-cu il təvəllüdlü yerli sakin Arzu Yusibova yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Yaxınları onun bilməyərəkdən mal-qara üçün nəzərdə tutulan dərmanı içdiyini deyiblər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.