ÇıxışYolu.Com – Gənclər və İdman Nazirliyi jurnalistləri atıcılıqda fərqləndirdi

Baxış sayı: 3. 954 dəfə baxılıb.

ÇıxışYolu.Com - Gənclər və İdman Nazirliyi jurnalistləri atıcılıqda fərqləndirdi

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” ilə bağlı jurnalistlər arasında güllə atıcılığı çempionatı keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, ümumilikdə qırxa yaxın media nümayəndəsinin iştirak etdiyi turnir gərgin mübarizə şəraitində keçib.

Nəticədə altı hədəfi dəqiq nişan almış “Xəzər TV”nin jurnalisti Sənan Abdullayev birinci, ATV telekanalının sürücüsü Yaşar Müseyibov ikinci, AZƏRTAC-ın əməkdaşı Hümbət Məmmədov üçüncü yerə layiq görülüb. Son iki şəxs beş dəfə hədəfi dəqiq nişan alıb.

Qaliblər nazirliyin diplomları və pul mükafatı ilə təltif olunub. Qaliblərə müvafiq olaraq 300, 200 və 100 manat təqdim edilib.

Qeyd edək ki, bu yarışda ÇıxışYolu.Com-ı Səbuhi Musayev və Baku.Tv-ni Almaz Qasımova təmsil edib. Səbuhi Musayev səkkiz mümkün xaldan dördünü vursa da, mükafatçılar sırasına düşə bilməyib.