AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da evdə Uels, 19-da isə səfərdə Slovakiya milliləri ilə qarşılaşacaq milli komandamız bu oyunlara hazırlığı davam etdirir.
ÇıxışYolu.Com xəbər verir ki, Nikola Yurçeviçin rəhbərliyi altında komandamız Mərdəkandakı “Dalğa Arena” təlim-məşq bazasındadır.
Həmin vaxt komanda üzvləri penalti zərbələri vurmağa başlayıb. “Neftçi”nin futbolçusu Emin Mahmudovun zərbəsi gözəl alınıb və alqışlara layiq görülüb. Daha sonra “Sabah” klubunun mərkəz müdafiəçisi Bəhlul Mustafazadə topa yaxınlaşıb. Onun zərbəsi daha möhtəşəm alınıb. Hətta futbolçulardan biri “get, məşq et, Ramil” (millimizin futbolçusu Ramil Şeydayev nəzərdə tutulur – S.M.) deyə qışqırıb.
Səbuhi Musayev