Sentyabrın 5-də Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində vətəndaşa məxsus mənzildə 1 ədəd əl qumbarası tapılıb.
Bu haqda məlumat Azərbaycan ərazılərinin minalardan təmizləmə milli agentliyinə (ANAMA) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısını zərərsizləşdirilmək üçün götürərək mərkəzi məhvetmə ərazisinə aparıblar.