ÇıxışYolu.Com - “Golden Crown Ramazan Payı” kampaniyası başa çatdı

ÇıxışYolu.Com – “Golden Crown Ramazan Payı” kampaniyası başa çatdı

Baxış sayı: 3. 597 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Golden Crown Ramazan Payı” kampaniyası başa çatdı

Yeni Zelandiya istehsalı olan “Golden Crown” kərə yağı markasının keçirdiyi “Ramazan payı” kampaniyası başa çatdı. Kampaniya müddətində 1000-dən çox imkansız ailəyə ərzaq yardımı çatdırılıb.

Ərzaq yardımı 1 kq-lıq “GOLDEN CROWN” kərə yağı da daxil olmaqla zəruri ərzaq məhsullarından ibarət olub. Xatırladaq ki, xeyriyyə aksiyası “Alınan hər 1 kq “Golden Crown” kərə yağından 1 AZN imkansız ailələrə yardıma sərf olunur!” şüarı altında keçirilib. Beləliklə, “Golden Crown” öz alıcılarını bu xeyriyyə aksiyasında iştiraka cəlb edib.

Kampaniya çərçivəsində Masazırda yerləşən İnternat Məzunlarının Sosial İnteqrasiyası Gənclər İctimai Birliyinin nəzdində olan yaşayış kompleksində məskunlaşan ailələrə – 150, Qaradağ Rayon Əlillər Cəmiyyətinin üzvlərinin ailələrinə – 81, Bakıxanov qəsəbəsində yerləşən məsciddə qeydiyyatda olan ailələrə – 100, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyində qeydiyyatda olan ailələrə – 15, Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyində qeydiyyatda olan ailələrə – 27, Bakı şəhəri və ətraf ərazilərdə yaşayan imkansız ailələrə – 225-dən çox, həmçinin Şamaxı – 28, Quba – 57, Qusar – 43, Oğuz – 100, Şəki – 50, Qax – 50, Zaqatala – 100, Balakən – 35, Füzuli – 15 olmaqla regionlar üzrə 478 ailəyə “Golden Crown Ramazan Payı” ərzaq yardımı çatdırılıb.

2003-cü ildə əsası qoyulan “Vest Produkt Marketinq” MMC, elə həmin ildən etibarən “Westland Milk Products” şirkəti ilə müqavilə imzalayaraq, “Westland Milk Products” şirkətinin MDB ölkələri üzrə rəsmi distribütoru olub. “Westland Milk Products” istehsalı olan və “Vest Produkt Marketinq” MMC tərəfindən idxal məhsullardan biri də Yeni Zelandiyada nehrə yağı üsulu ilə 100 faiz təbii inək südündən istehsal edilən “GOLDEN CROWN” markalı kərə yağlarıdır.