Göyçay rayonunda şəxsi mülk yanıb.
ÇıxışYolu.Com xəbər verir ki, yanğın hadisəsi ötən gün gecə saatlarında rayonun Hüngütlü kəndində baş verib.
Kənd sakini 1979-cu il təvəllüdlü Zülfüqar Hacıyevə məxsus ümumi sahəsi 130 kvm 1 mərtəbəli 3 otaqdan ibarət evin yanar konstruksiyaları 106 kv sahədə yanıb.
Hadisə yerinə dərhal Göyçay yanğından mühafizə hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib. Tez bir zamanda alovun qarşısını almaq mümkün olub. Yanğından evin qalan hissəsi və bitişik ümumi sahəsi 127 kvm olan talvarı mühafizə olunub.
Yanğın zamanı ev sakinləri evdə olub. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Evdə olan müəyyən əşyalar yanaraq külə dönüb və bir hissəsi xilas edilib.
Nazir Quliyev