ÇıxışYolu.Com - Göygöldə baş verən dəhşətli qəzadan dərs alındımı?

ÇıxışYolu.Com – Göygöldə baş verən dəhşətli qəzadan dərs alındımı?

Baxış sayı: 3. 290 dəfə baxılıb.

ÇıxışYolu.Com - Göygöldə baş verən dəhşətli qəzadan dərs alındımı?

Aprelin 29-da Göygöldə baş verən dəhşətli yol qəzası eşidən bilən hər kəsi sarsıtdı. Daşkəsən-Gəncə-Göygöl yolunun Yeni Qılca kəndindən keçən hissəsindəminik maşınlarının toqquşması 8 nəfərin ölümünə səbəb oldu. Neçə evə, neçə ürəyə od salan bu hadisə təəssüf ki, lazımi tədbirlərin görülməsi ilə nəticələnməyib.

Hadisə dəhəştli olsa da təssüf ki, ağır qəzadan lazımı dərs alınmayıb.

Bu gün də Daşkəsən-Gəncə-Göygöl yolunun Yeni Qılca kəndindən keçən hissəsində, məhz qəza baş verən ərazidə apardığımız müşahidələr onu deməyə əsas verir ki, potensial təhlükə qalmaqdadır. Düzdür, ərazidə yol nişanları var. Yaşayış massivi olduğu üçün yol nişanlarında sürət həddi də göstərilib. Lakin nə yol nişanlarına əməl edən sürcülər tapılır, nə də ki bu sürücülər barəsində lazımı ölçü götürənlər.  

Kənd sakinləri bildirir ki, məlum hadisədən öncə də, bu yolda ağır qəzalar qeydə alınıb. Sakinlər tələb edirlər ki, yola sürət həddini müəyyənləşdirən radarlar qoyulsun.

Apardığımız müşahidələr də göstərdi ki, yolun Yeni Qılca kəndindən keçən hissəsində  avtomobillər həqiqətən də yüksək sürətlə hərəkət edir. Təxminən 1 saatlıq müşahidələrimiz zamanı bu yolda dövlət yol polisinin əməkdaşlarına da rast gəlmədik. 

Üstəlik yolun yaxınlığında məktəb var. Gün ərzində  şagirdlər, müəllim və valideynlər bu yolu keçərkən təhlükə ilə qarşı-qarşıya qalırlar. Bu fakt da özlüyündə yaşana biləcək bənzər faciələrin xəbərçisidir. Hər halda 8 nəfərin ölümü ilə nəticələnən son hadisədə  necə ağır nəticələrin yarandığını gördük. Ümid edirik  ki, ağır qəzaların qarşısının alınması istiqamətində hər kəs üzərinə düşən məsuliyyəti yerinə yetirəcək.

Nazir QULİYEV