Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqiliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Balçılı kəndi ərazisində olub.
Balçılı kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Şəhriyar Tağı oğlunun idarə etdiyi “Ford Transit” maşını idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Nazir Quliyev