Göygöl rayonunun Mollacəlli kəndinin sakini 1960-cı il təvəllüdlü Şamama Abıyevanın üzərinə qonşusu Rasim Quliyev tərəfindən benzin tökülərək yandırılıb.
ÇıxışYolu.Com-a verilən məlumata əsasən, hadisə şəxsi ədavət zəminində baş verib.
Bildirilir ki, zərərçəkmiş ağır vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ş.Abıyevaya bədəninin 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Göygöl rayon Polis Şöbəsi tərəfindən Rasim Quliyevin axtarış əməliyyatlarına başlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Nazir QULİYEV