ÇıxışYolu.Com - Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

ÇıxışYolu.Com – Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

Baxış sayı: 3. 197 dəfə baxılıb.

Ötən il keçirilən “Best Model of Azerbaijan 2018” model yarışmasında yaşananlar böyük rezonansa səbəb oldu. Model Aygül Səfərovanın qalibiyyəti cəmiyyətdə birmənalı qarşılanmadı.

Sosial şəbəkələrdə Aygülün fotoları paylaşılaraq ünvanına xoşagəlməz fikirlər səsləndirildi. Onlar Aygülün simasını lağa qoydular. İzləyicilərin əksəriyyəti isə onun qalibiyyətinin saxta olduğunu iddia edirdi.

ÇıxışYolu.Com - Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

Aygül onun bostanını daşa basanları susdurmağa çalışsa da, bu cəhdləri boşa çıxdı.

Açıqlamalarında, dünya model standartlarına uyğun olduğunu dilə gətirən Aygül bu addımı ilə yanan ocağı daha da alovlandırdı.

Düzdür, Aygül Səfərovanın boyu-buxunu var, lakin cəmiyyət bunu modellik üçün yetərli hesab etmədi.

Müsabiqənin üstündən bir müddət keçdikdən sonra məlum oldu ki, Səfərova Azərbaycanı Türkiyədə keçiriləcək “Best Model of the World 2018” yarışmasında təmsil etməkdən imtina edib. Səbəb isə onun ailəsinin yarışmada iştirakına icazə verməməsi olub.

Lakin sosial şəbəkə izləyiciləri yenə də öz ampluasında idi. İddia olunurdu ki, Aygül sərt təpkilərə tab gətirməyib və yarışmadan imtina edib. Yarışmanın milli direktoru Aqil Məmiyev isə çıxış yolunu Aygülün əvəzinə müsabiqədə ikinci yeri tutan Cəmalə Qoluboviçi Türkiyəyə yollamaqda gördü.

ÇıxışYolu.Com - Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

Bu dəfə isə Cəmalə sosial şəbəkə izləyicilərinin ağzında saqqız oldu. Sanki bu qız özünü “sökdürüb yenidən yığıb”, “təpədən-dırnağa estetikdir”, “üzü-ağzı botoksdan partlayır” kimi ifadələrin ardı-arası kəsilmədi.

Xanımın süni yollarla əldə etdiyi gözəlliyini onun başına qaxınc etdilər. Baş verən hadisələr fonunda model Cəmilə Qoluboviç “Best Model of the World” müsabiqəsində “Best Grace” tituluna layiq görüldü. 

ÇıxışYolu.Com - Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

Onu da qeyd edək ki, sözügedən yarışmada münsiflər heyətinin 90 faizinin şou əhlindən ibarət olması da ayrıca söz-söhbət mövzusu və qınaq obyekti oldu.

“Belə bir mötəbər müsabiqədə iştirak edən modellərin seçimi model biznesinə aid olmayan şəxslərə həvalə edilirsə, o zaman burada gözəllikdən və şəffaflıqdan söhbət gedə bilməz” kimi tənqidlər təhqirlərə yol açdı. 

Bu xəbərin ocağı sönməyə doğru getdiyi bir vaxtda keçirilən daha bir gözəllik yarışması külü yenidən alovlandırdı. Belə ki, “Azərbaycan gözəli 2019” müsabiqəsində qalib gələn Melisa Nuriyevanın fotoları sosial şəbəkəyə yayılar-yayılmaz bomba effekti yaratdı.

ÇıxışYolu.Com - Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

İzləyicilər Melisanı ağ yuyub, qara sərdilər. Bu xanımda gözəllikdən əsər-əlamət olmadığını yazan sosial şəbəkə istifadəçiləri onun burnunun uzun olduğunu deyib lağa qoydular, ünvanına tənqidlər səsləndirdilər.

Səslənən xoşagəlməz ifadələrin növbəti istiqaməti Melisanı seçən münsiflər oldu. Münsifləri qeyri-peşəkarlıqda günahlandıran əksər izləyicilər keçirilən bu cür gözəllik müsabiqələrinin rəzalətdən və biabırçılıqdan başqa bir şey olmadığını vurğuladı. 

ÇıxışYolu.Com - Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

Azərbaycanda keçirilən model musabiqələrinin məsxərə predmetinə çevrilməsi artıq ənənə halını alıb. İştirakına icazə verilən xanımlar nəinki təbii gözəl deyil, heç dünya model standartlarının kandarından belə keçmirlər. Məhz bu cür xanımların iştirakı yarışmaların fəaliyyətini kölgəyə atmış olur.

Çox uzağa getməyək, ötən il təmtəraqlı şəkildə keçirilən “Dünya gözəli-2018” yarışmasına bir nəzər salaq. Dünya səviyyəli tanınan jürilərin yer aldığı bu gözəllik yarışmasında hər bir məqam 100 dəfə ölçülür, bir dəfə biçilir.

Nadir hallarda müsabiqənin qalibi estetik əməlliyyatların köməyilə gözəllik əldə edən iştirakçı olur. Bu müsabiqədə iştirak edən modellərin gözəlliyi görənlərin gözlərini qamaşdırır. Bununla yanaşı, ölkəmizdən kənarda keçirilən bu kimi yarışmalarda pul və “day-day” köməyə gəlmir.

Ya sən, həqiqətən, təbii gözəlsən, ya da təbii gözəlsən.

ÇıxışYolu.Com - Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

ÇıxışYolu.Com - Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

“Dünya gözəli-2018”in qalibi 26 yaşlı meksikalı Vanessa Ponceyə diqqət yetirək. Fotolardan belə onun təbii gözəlliyi adama gəl-gəl deyir. Bir sözlə, görünən kəndə bələdçi lazım deyil.

ÇıxışYolu.Com - Gözəlliyə iddialı estetikli “gözəllər”: Onları “day-day”lar seçir?

Viktor Hüqonun dediyi kimi: “Daxili gözəlliklə canlandırılmayan xarici gözəllik tam ola bilməz”.

Odur ki, daxili dünyanızda da yarışmalar keçirib, onu gözəlləşdirməyə çalışın, əziz “MODELLƏR”.

Rəşad Əliyev