ÇıxışYolu.Com – “Gucci”dən inqilabi qərar

Baxış sayı: 1. 905 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Gucci”dən inqilabi qərar

Dünya şöhrətli moda evi “Gucci” geyim kolleksiyalarında xəz istifadə etməyəcəyi ilə bağlı qərar verib. 

ÇıxışYolu.Com xəbər verir ki, “Gucci” şirkətinin direktoru Marko Bizzarri qəbul etdikləri qərar haqda bunları söyləyib:  

“Sizcə xəz hələ də aktualdır? Hesab edirəm ki, bu artıq dəbdə deyil və biz bu materialdan imtina etmək qərarına gəldik. Xəz və kürk artıq köhnəlib və bunun müqabilində kreativ idealardan istifadə etmək daha yaxşıdır”.  

Brend moda sənayesində heyvanların qorunmasına həsr olunmuş təşkilat “Fur Free Alliance” ilə müqavilə imzalayıb.  

Müqavilə markanın bahar-yaz kolleksiyası ilə birlikdə qüvvəyə minəcək, burada xəz yerinə əvəzedicilər, yun və yeni texnologiyalardan hazırlanan materiallar istifadə ediləcək. Xəz məhsullarının satışı “Gucci”yə ildə 12 milyon dollar qazanc gətirməsinə baxmayaraq, marka nümayəndələri xəz istifadəsinin bəzi müştəriləri, həm də şirkətdə işləyə biləcək mütəxəssisləri incitdiyini anlayırlar.  

Hazırda “Gucci”də iş yerlərinin 60%-dən çoxunu qadınlar tutur və əlavə olaraq marka, ehtiyacı olan ölkələrdə qadın təhsili inkişaf etdirmək məqsədi ilə UNİCEF-də ianələr həyata keçirir.  

“Stella McCartney”, “Ralph Lauren”, “Armani Group”, “Hugo Boss” və “Calvin Klein” kimi dünya markaları kolleksiyalarında xəz və kürk materialların istifadəni yasaqlayıb.  

Bununla yanaşı, riteyler qrup “Net-A-Porter” artıq təbii xəz məhsullarını satmayacağını elan edib.  

Dünya şöhrətli müğənni Ancelina Coli “Harper’s Bazaar” dərgisinin 150 illik yubileyinə həsr olunmuş məktubda “Vəhşi heyvanlar təbii yaşayış yerlərində və başqa yerlərdə gözəldirlər” deyib.  

Qeyd edək ki, bugünlərdə Böyük Britaniya Kraliçası II Yelizaveta təbii xəzdən olan paltar və aksesuarlardan imtina etmək qərarına gəlib.  

Qarderobuna əl qəzdirən Kraliça geyimlərində olan təbii xəzləri süni xəzlərlə əvəzləyib. Onun bu addımı isə heyvansevərlər tərəfindən müsbət qarşılanıb.  

Rəşad Əliyev