ÇıxışYolu.Com - Güclü küləyə görə Mingəçevirdə problemlər yaranıb

ÇıxışYolu.Com – Güclü küləyə görə Mingəçevirdə problemlər yaranıb

Baxış sayı: 4. 960 dəfə baxılıb.

ÇıxışYolu.Com - Güclü küləyə görə Mingəçevirdə problemlər yaranıb

 Mingəçevir şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.

Report xəbər verir ki, günorta saatlarından güclənən külək nəticəsində şəhərin Nəriman Nərimanov, Aydın Məmmədov, Təbriz və digər küçələrində ağaclar tam və ya qismən qırılaraq küçə və səkilərə düşüb.

Nəticədə “Mercedes” və “VAZ-2107” markalı iki maşın qırılan ağacların altında qalaraq əzilib.

Küləyin gücləndiyi andan etibarən şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin briqadaları fəsadların aradan qaldırılmasına başlayıblar.

Təbiət hadisəsi nəticəsində şəhərin bir sıra yerlərinə elektrik enerjisinin verilməsində uzunmüddətli fasilələr yaranıb.

Həmçinin bir sıra ərazilərdə yanğın hadisələri qeydə alınıb. Yanğınların qarşısı FHN-in yanğınsöndürənləri tərəfindən alınıb.