Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığmasının ikinci medalı gümüş olub.
ÇıxışYolu.Com xəbər verir ki, 2011-ci ilin Avropa çempionu, ötən ilin qitə üçüncüsü Rafiq Hüseynov karyerasının ən yüksək nəticəsini qazanmağa yaxın olub.
O, dünya çempionatının finalında gürcü Laşa Qobadze ilə qarşılaşıb və 3:5 hesabı ilə uduzub.
Dünya çempionatında millimizin hələlik bir gümüş və bir bürünc medalı var.
17:28
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, ötən ilin dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) bürünc medal uğrunda görüşdə amerikalı Maks Nuri ilə qarşılaşıb.
İdmançımız rəqibinə 8:0 hesabı ilə qalib gəlib.
Bu gün qeyri-Olimpiya çəkisində Rafiq Hüseynov (-82 kq) da final görüşünə çıxacaq.
Qeyd edək ki, bu gün dünya çempionumuz Rəsul Çunayev (-67 kq) də mübarizəyə qoşulub. Lakin tanınmış idmançımız macar rəqibinə 8:0 qalib gəlsə də, cənubi koreyalı güləşçiyə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Səbuhi MUSAYEV