ÇıxışYolu.Com - Gülay Beyons və Büləntlə eyni obrazda

ÇıxışYolu.Com – Gülay Beyons və Büləntlə eyni obrazda

Baxış sayı: 2. 310 dəfə baxılıb.

Xanəndə Gülay Zeynalova uzun fasilədən sonra klip çəkdirib. 

ÇıxışYolu.Com xəbər verir ki, o, sözləri Orxan Mürvətli, bəstəsi Fərid Kərimliyə məxsus “Böyük eşq” mahnısını ekranlaşdırıb.

Sözügedən ekran işində diqqət çəkən məqamlardan biri Gülayın klipdə yaratdığı təkraklanmış obrazı olub.

Beləki, Gülayın Beyonsla başladılmış, Bülent Ersoyla davam edən oxşar imici üzərində stilist Elnur Həsənov çalışıb. Ekran işinin rejissorluğu isə Anar Hüseynova həvalə olunub. 

ÇıxışYolu.Com - Gülay Beyons və Büləntlə eyni obrazda

Qeyd edək ki, 2016-ci ilin yanvar ayında məşhur “Coldplay” qrupunun klipində ərəb obrazında rol alan dünya şöhrətli ulduz Beyons imici ilə diqqət çəkib.

Üç il sonra Beyonsun klipdə yaratdığı ərəb obrazı yenidən təkrarlanıb.

Belə ki, türkiyəli müğənni Bülənt Ersoy eyni imicdə kamera qarşısına keçərək, Tarkanın onun üçün ərsəyə gətirdi “Ümit Hırsızı”nı ekranlaşdırdı. O, bu işi Əməkdar artist Röya Ayxanın kliplərinə ekran həyatı verən Nihad Odabaşına həvalə etmişdi.

Lakin Bülentin Beyonsdan imicini mənimsəməsi türk mediasında birmənalı qarşılanmamışdı. 

ÇıxışYolu.Com - Gülay Beyons və Büləntlə eyni obrazda

ÇıxışYolu.Com - Gülay Beyons və Büləntlə eyni obrazda

Rəşad Əliyev