Gürcü parlamenti Georgi Qaxariyanıın rəhbərliyi ilə yeni hökumətin tərkibini təsdiqləyib.
Qazeta.ru bu barədə gürcü telekanallarına istinadən xəbər verib.
Beləliklə, millət vəkilləri səs çoxluğu ilə – 150 deputatdan 90 nəfəri lehinə olmaqla yeni baş naziri, Nazirlər Kabinetinin tərkibini və hökumət proqramını təsdiqləyiblər.
Xatırladaq ki, Qaxariya 2012-ci ildə “Gürcü arzusu” partiyası parlament seçkilərində qalib gələndən sonra ölkənin beşinci baş naziridir. Bundan əvvəl o, Gürcüstanın daxili işləri olub.
Sabiq baş nazir Mamuka Baxtadze sentyabrın 2-də vəzifədən getdiyini bəyan edib.
Qaxariya Gürcüstanda sevilən liderlərdən olub, bununla belə, xüsusi təyinatlılar Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyaları dağıtdıqdan sonra etirazçılar Qaxariyanın DİN rəhbəri postundan istefasını tələb ediblər.