UFC çempionu rusiyalı Həbib Nurməhəmmədov Afrika qitəsində çıxış etmək istəyir.
Nurməhəmmədov Məhəmməd Əli ilə Corc Foremanın arasında baş tutmuş döyüşdən görüntüləri paylaşıb. “Cəngəllikdə döyüş” adlandırılan qarşılaşma 1974-cü ildə Zairdə baş tutub. Döyüş Məhəmməd Əlinin qələbəsi ilə bitib.
“Afrikada döyüşmək böyük şərəf olardı”, – Həbib Nurməhəmmədov “İnstagram”da yazıb.