Sentyabrın ayının ikisinə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti olacaq.
Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80%, gündüz 55-65% olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.