Bazar günü Suriyanın Hələb şəhərindən cənubda yerləşən Əl-Vahidi yaşayış məntəqəsinin silahlı qruplaşmalar tərəfindən atəşə tutulub.
RİA Novosti xəbər verir ki, nəticədə azı 12 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.
Ölənlər arasında suriyalı hərbçi də var.
Bildirilir ki, yaraqlılar qəsəbəni reaktiv yayılım atəşi sistemlərindən atəşə tutublar.