ÇıxışYolu.Com – Həmyerlimiz “Böyük Dəbilqə” turnirinin qalibi oldu

Baxış sayı: 2. 195 dəfə baxılıb.

ÇıxışYolu.Com - Həmyerlimiz “Böyük Dəbilqə” turnirinin qalibi oldu

 Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.

90 kq. çəki dərəcəsində yer alan 26 yaşlı idmançı karyerasında ilk dəfə nüfuzlu yarışın qızıl medalını qazanıb.

O, finalda yaponiyalı Sanşiro Muraonu məğlubiyyətə uğradıb.

Azərbaycan “Böyük Dəbilqə” turnirində 15 cüdoçu ilə təmsil olunur. Hələlik onlardan yalnız Rüstəm Orucov 73 kq. çəkidə bürünc medal qazanıb. Nüfuzlu yarışa 93 ölkədən 606 cüdoçu qatılıb. Onlardan 362 nəfəri kişi, 244-ü qadındır.